Bu gün "Gəncəbasar" klubunun təqdimat mərasimi keçirilib.

Matc.az xəbər verir ki, I Liqa təmsilçisinin prezidenti Həşim Mövsümzadə tədbirdə çıxış edib. O, klubun planları haqda danışıb:

"Gəncəbasar" layihəsi və yaranması haqda deyim ki, uzun illərdir həmkarım Namiq Qədirov bu layihədə yer alır. O da Gəncədəndir. Təəssüf ki, Bakıya gələ bilmədi, burada ola bilmədi. Mənə "Gəncəbasar" klubuna rəhbərlik etməyi təklif etdi.

Namiq Qədirov klubun gündəlik fəaliyyətinin idarə olunması üçün "Kəpəz"də çalışmış, böyük iş təcrübəsi olan bir qrup peşəkarı layihəyə cəlb edib. Əsas məqsədimiz bu layihəni inkişaf etdirməkdir. Gəncə əsas futbol yerimiz olub. Burada uşaq futbolu da güclü olub. Sovet dövründə Gəncə futbolda böyük uğurlar qazanıb.

Gəncə futboluna hörmətlə yanaşırıq. Gəncəbasar zonasında uşaq futbolunu yaratmaq istəyirik. Daşkəsən, Göygöl və yaxın bütün bölgələrdə uşaqların yaxşı məşqçilərlə çalışmasını istəyirik. Məqsədimiz əsas komanda və gəncləri birləşdirməkdir. İnanıram ki, buna nail olacağıq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest