Artıq 15000 azarkeş gələn həftə keçiriləcək qarşılaşmaya bilet əldə edib.
"Sabah"ın UEFA Çempionlar Liqasındakı vacib oyunu üçün bilet satışı sürətlə davam edir. Artıq 15000 azarkeş gələn həftə keçiriləcək qarşılaşmaya bilet əldə edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, çərşənbə axşamı Tofiq Bəhramov adına Respublika Stadionunda möhtəşəm atmosfer yaratmaq üçün bilet satışı həm onlayn, həm də kassalar vasitəsilə həyata keçirilir.
Azarkeşlər vacib qarşılaşmanın biletlərini "iTicket.az" saytından və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə edə bilərlər.
Klub rəhbərliyi tərəfdarlarını tribunaları doldurmağa və komandaya böyük dəstək nümayiş etdirməyə çağırıb.
Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) komandası ilə qarşılaşacaq. Avqustun 25-də keçiriləcək bu həlledici matç saat 20:45-də start götürəcək.
Qeyd edək ki, tərəflər arasında Rumıniyada baş tutan ilk qarşılaşmada "Hapoel" 2:1 hesabı ilə qalib gəlib.













