FİFA Misir millisinin üç təmsilçisinə – baş məşqçi Hossam Hassan, komandanın meneceri İbrahim Hassan və hücumçu Mustafa Zikoya qarşı intizam işi açıb.

Matc.az xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbol qurumu öz bəyanatında FİFA-nın bütün nizamnamə qaydalarına hörmətlə yanaşdığını, bununla belə, öz komandasının nümayəndələrini müdafiə edəcəyini vurğulayıb.

"Fironlar" cari dünya çempionatının 1/16 finalında Argentinaya uduzaraq (2:3) mübarizəni dayandırıblar. Hossam Hassan və Mustafa Ziko həmin oyunda hakimin işini açıq şəkildə tənqid ediblər.

Hadisədən sonra Misir Futbol Federasiyasının prezidenti Hani Abu Rida hakimlikdən şikayət edib.

Eyni zamanda FİFA Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina matç zamanı referinin işinin tamamilə düzgün olduğunu qeyd edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest