Beynəlxalq Futbol Federasiyasının (FİFA) İntizam Komitəsi Argentina Futbol Assosiasiyasını (AFA) maliyyə və tamaşaçı məhdudiyyəti ilə cəzalandırıb. Qurum cənubi amerikalıları dünya çempionatı - 2026-nın final oyunu zamanı baş verən qayda pozuntularına görə 321 min dollar (275 min avro) məbləğində cərimə edib.
Matc.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, pul cəzasından əlavə, "albiseleste" növbəti iki ev oyununu stadionun azarkeş tutumuna qoyulan 50 faizlik məhdudiyyətlə keçirməli olacaq.
Qurumun bəyanatında vurğulanır ki, kəsilən ümumi məbləğin 100 min dolları (85 min avro) diskriminasiyaya qarşı mübarizəyə yönəldilməlidir. Bununla belə, sanksiyaların bir hissəsinin (100 min dollarlıq cərimə və bir matçlıq azarkeş məhdudiyyəti) icrası sınaq müddəti tətbiq olunmaqla müvəqqəti təxirə salınıb.
Qeyd edək ki, dünya çempionatının final fitindən sonra Argentina millisinin bir neçə futbolçusu, o cümlədən Leandro Paredes, Tiaqo Almada və Nauel Molina ispaniyalı oyunçularla yaşanan kütləvi davada iştirak ediblər.













