Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vurub.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vurub.

Matc.az xəbər verir ki, Xorvatiyada "Hayduk" komandasına qarşı keçirilən səfər matçının ilk hissəsi yenicə başa çatıb və komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.

Meydan sahibləri 21-ci dəqiqədə Mişel Şeqonun qolu ilə önə keçsələr də, cəmi 5 dəqiqə sonra - qarşılaşmanın 26-cı dəqiqəsində səhnəyə Mahir Emreli çıxıb. Start heyətində meydana çıxan 29 yaşlı forvard rəqib qapısını dəqiq nişan alaraq hesaba tarazlıq gətirib.

Hazırda qarşılaşmada ilk hissə başa çatıb və tərəflər ikinci yarıya hazırlaşırlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest