"Sabahın Ulduzları" Bakı Kubokunda U-14 yaş qrupunda 5-ci turun oyunları başa çatıb.
Matc.az xəbər verir ki, avqustun 20-də keçirilən 5-ci turun oyunlarında məhsuldar nəticələr qeydə alınıb.
Turnirin iddialılarından "Qarabağ" komandası "Xan"ı 6:1 hesabı ilə darmadağın edib. Digər matçlarda "Azərbaycan Qartalları" "Vətən"ə 2:1, "Sabah" isə EFA kollektivinə 4:1 hesabı ilə qalib gəlib.
U-14
20 avqust
V tur
“Xan” - “Qarabağ” - 1:6
Qollar: №10. Yusif Niftəliyev (46) // №18. İkram Əmirli (51, 72), №5. İlqar Quluzadə (53, ö.q.), №14. Ceyms Eziaşi (61, 71), №9. Tunar Məmmədov (76).
“Vətən” – “Azərbaycan Qartalları” - 1:2
Qollar: №22. Ayxan Abbasov (37, pen.) // №7. Emir Əmirxanov (12), №6. Rauf Ramazanov (80+1).
EFA – “Sabah” - 1:4
Qollar: №10. Saleh Təhməzov (25), // №9. Mehti Piriyev (13, ö.q.), №11. Rəsul Əliyev (37), №7. Abdulrahim Həsənov (74), №15. İvan Vernidub (79).
“Sabahın ulduzları” Bakı Kuboku oyunlarında növbəti - VI tur avqustun 23-də start götürəcək.
U-14
23 avqust
“Azərbaycan Qartalları” – “Sumqayıt”
“Dostluq” - EFA
“Qarabağ” – “Zirə”













