"Aston Villa" "Vest Hem"dən müdafiəçi Aaron Van-Bissakanı icarəyə götürdüyünü elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, klublar arasındakı icarə müqaviləsinin müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub və müqaviləyə futbolçunu birdəfəlik satın alma bəndi də əlavə edilib.

Ötən mövsüm Aaron Van-Bissaka klub səviyyəsində bütün turnirlərdə 27 matçda iştirak edib və bu görüşlərdə 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Müdafiəçi 2026-cı il dünya çempionatında isə dörd qarşılaşmada meydana çıxıb. "Transfermarkt" portalında 28 yaşlı futbolçunun hazırkı dəyəri 15 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest