"Vest Hem Yunayted" klubunun hücumçusu Niklas Füllkruq "Verder"ə qayıtmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Patrik Berger sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, futbolçu yaxın vaxtlarda Almaniyada tibbi müayinədən keçəcək. Söhbət icarə müqaviləsindən gedir. Füllkruqun bu keçid xatirinə maaşının azaldılmasına razı olduğu qeyd edilir.
Niklas Füllkruq "Verder"in yetirməsidir və o, bu komandanın heyətində əsas komandada da çıxış edib. Bununla yanaşı, almaniyalının karyerasında "Qroyter Fürt", "Nürnberq", "Hannover-96", "Borussiya" (Dortmund) və "Milan" klubları da var.
Hücumçu 2026-cı ilin yanvarından etibarən icarə əsasında "rossoneri"nin heyətində çıxış edib və 20 matçda bir qol vurub.













