17 Avqust 2026, 23:06
FUTBOL
"Fiorentina" klubunun və İtaliya millisinin hücumçusu Moyze Kin karyerasını "Komo"da davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, "Komo" artıq "Fiorentina"ya oyunçunun transferi ilə bağlı ilk rəsmi təklifini təqdim edib: 30 milyon avroluq məcburi satın alma şərti ilə 5 milyon avroya icarə.
"Fiorentina"nın bu təklifi rədd edəcəyi gözlənilir. Bununla belə, Florensiya klubu "Komo" ilə danışıqlara hazırdır və bu görüşlər yaxın günlərdə baş tutmalıdır.
Ötən mövsüm Kinin hesabında "Fiorentina"nın heyətində bütün turnirlərdə keçirdiyi 33 matçda 9 qol və 4 məhsuldar ötürmə olub. Hücumçunun müqaviləsi 2029-cu il iyunun sonuna kimidir.













