"Lans" Fransa Superkuboku uğrunda matçda PSJ-yə 1:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə bu titula sahib çıxıb.

Matc.az xəbər verir ki, qarşılaşma Lans şəhərindəki "Bollar-Delelis" stadionunda baş tutub.

2026-cı ilə qədər "Lans" Superkubok matçında yalnız bir dəfə - 1998-ci ildə iştirak edib və həmin vaxt "qırmızı-sarılılar" PSJ-yə uduzublar (0:1).

Tarixi ərzində "Lans" bu ana qədər Fransa çempionatını və Fransa Kubokunu bir dəfə, həmçinin Fransa Liqa Kubokunu iki dəfə qazanıb. Beynəlxalq arenada "qırmızı-sarılılar" iki dəfə İntertoto Kubokuna sahib çıxıblar. İndi isə klubun aktivində ölkə Superkuboku da var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest