20 yaşlı sağ cinah müdafiəçisi Abdul Uattara "Strasburq"dan "İpsviç" klubuna transfer olunub.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 5 illik əməkdaşlıq üçün - 2031-ci ilin iyununa qədər nəzərdə tutulub. Sazişin maliyyə detalları açıqlanmasa da, futbolçunun transfer dəyərini 15 milyon avro qiymətləndirir və bu keçidin "traktorçular"a 20 milyon avroya başa gəldiyini bildirilir.

Qeyd edək ki, Uattara "Strasburq"un yetirməsidir. 20 yaşlı olan oyunçu əsas komandada 62 matç keçirib, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest