Fransa millisinin və "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo karyerasını başa vurduqdan sonrakı planlarını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Vogue" nəşri məlumat yayıb.
Bildirilir ki, ulduz futbolçu gələcəyini artıq planlaşdırdığını qeyd edib:
"Mənim gələcəyim planlaşdırılıb. Məni o qədər məşğul edəcək çoxlu işlərim var ki, konkret birini demək çətindir. Futbol böyük bir boşluq buraxa bilər, onu təkcə bir yox, fərqli üsullarla doldurmaq lazımdır. Həmçinin daha çox əylənmək, səyahət etmək, çox bəyəndiyim padel oyununu izləmək və oynamaq, həmçinin əldə etdiyim - həyat yoldaşımla birlikdə əldə etdiyimiz uğurlardan həzz almağa davam etmək istəyirəm. Çünki son nəticədə, bu, fədakarlıqlarla dolu 25 il idi".
Ötən mövsüm 41 yaşlı forvard klubu üçün bütün turnirlərdə 37 matçda iştirak edib, 30 qol vurub və 3 məhsuldar ötürmə edib. 2026-cı il dünya çempionatında portuqaliyalı turnirin 5 qarşılaşmasında 3 dəfə fərqlənib.













