17 Avqust 2026, 11:27
FUTBOL
Onadək Jorje Kaşkilya ötən mövsümdə “İmişli”yə rəhbərlik edib. O, “Sumqayıt”ın 4-cü legioner baş məşqçisidi. Cari mövsümədək Bernard Raab, Aleksey Baqa və Saşa İliç də “Gənclik şəhəri” təmsilçisinə rəhbərlik edib.
Premyer Liqanın I turu legioner baş məşqçinin debütü ilə əlamətdar olub. Matc.az xəbər verir ki, Filipe Kandido “Sumqayıt”ı “Neftçi” ilə ev oyununa çıxarıb.
Portuqaliyalı mütəxəssisin komandası 1:3 hesabı ilə məğlub olub. O, ölkə çempionatları tarixinə yüksək dəstədə baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən 71-ci əcnəbi mütəxəssis olub.
Filipe Kandido Premyer Liqada 2-ci portuqaliyalıdı.