Futbolçu təxminən 5 ay sonra meydana dönə biləcək.

"Sumqayıt" klubunun əsas komandasının üzvü Səbuhi Abdullazadə əməliyyat olunub.

"Matc.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb. Futbolçu təxminən 5 ay sonra meydana dönə biləcək.

"Sumqayıt" rəhbərliyi və kollektivi kapitana şəfa diləyib, tezliklə yenidən komanda ilə birlikdə olmağı arzulayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest