"Əl-Hilal" klubunun müdafiəçisi Joao Kanselo "Barselona"ya qayıdacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, portuqaliyalı sağ cinah müdafiəçisi növbəti 48 saat ərzində "Barselona"ya uçacaq. Müqavilə artıq tamamlanıb.

İspaniya nəhəngi ilə 32 yaşlı portuqaliyalının transfer məbləği və yeni müqaviləsinin müddəti açıqlanmır.

Xatırladaq ki, Kanselo ötən 2025/26 mövsümünün ikinci yarısını "Barselona"da icarədə keçirib və İspaniya çempionu olub. Buna qədər o, 2023/24 mövsümündə də katalonyalıların şərəfini qoruyub. İspaniya klubunun heyətində ümumilikdə 65 matça çıxan oyunçu 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Joao Kanselonun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na kimidir. "Transfermarkt" portalı futbolçunun dəyərini 8 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest