"Milan" klubunun fransalı hücumçusu Kristofer Nkunku eyni vaxtda Avropanın üç tanınmış klubunun maraq dairəsinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Bildirilir ki, söhbət Almaniyanın "Leypsiq" və "Borussiya" (Dortmund), həmçinin İngiltərənin "Nyukasl" klublarından gedir. Oyunçuya iddialı olanların sırası İngiltərə və İspaniyanın daha bir neçə klubu hesabına genişlənə bilər.

"Milan" öz futbolçusu üçün 35 milyon avro qazanmaq istəyir. Bununla yanaşı, italiyalılar yalnız tam transfer variantlarına baxacaqlar.

Xatırladaq ki, bir neçə gün əvvəl "Milan" Nkunkunu komanda ilə məşqlərdən uzaqlaşdırıb. Hücumçu artıq komandanın yeni baş məşqçisi Ruben Amorimin planlarına daxil deyil.

O, İtaliya nəhənginin formasını 2025-ci ilin yayında geyinib. O vaxtdan bəri 32 matça çıxan oyunçu 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Həmçinin onun Fransa millisinin heyətində 18 oyunu (2 qol) var. Futbolçunun müqaviləsi 2030-cu ilin yayına kimidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest