Bu gün Azərbaycan Premyer Liqasının I tura yekun vurulub. Son oyun günündə "Qarabağ" "Şamaxı"nı qəbul edib. Meydan sahibləri matçda 3:1 hesablı qələbə qazanıb.

Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

“Futbolçularımı təbrik edirəm. Oyun gərgin keçdi. Bu, bizim üçün vacib qələbə idi. İnanıram ki, qarşıdakı oyunlar da sizin üçün maraqlı olacaq. Hər bir məşqçiyə, hər bir komandaya uğurlar arzulayıram. Görünür, çempionatın hər oyununa ciddi yanaşmalıyıq. Futbolçular buna hazır olmalıdırlar."

Abdullah Zubir üçün vida matçının təşkil edilməməsi barədə də danışan Qurbanov bunları qeyd edib: 

"Biz ona belə bir şey təklif etməmişdik. Hər şey qəfil baş verdi, hazırda bunun üçün sadəcə vaxtımız yoxdur. Zubir sadə futbolçudur, davranışı və mənəvi keyfiyyətləri yüksək olan insandır. O, burada gördüyü işi və həyat tərzini həmişə yüksək qiymətləndirib. Ayrılıqlar çox olur. Hər futbolçunun öz həyatı var. Əsas məsələ həmin həyatdan necə istifadə etməsidir. Zubir məşqləri buraxmırdı, intizam qaydalarını pozmurdu. Həmişə saat mexanizmi kimi işləyirdi. Belə futbolçuların daha çox olmasını istərdim. Zubir “Qarabağ” üçün yaxşı futbolçu idi.

Növbəti turun oyununun təxirə salınmasına gəlincə, PFL qaydalarına əsasən pley-off mərhələsində müəyyən güzəştlər nəzərdə tutulub. Biz artıq Konfrans Liqasında bir neçə oyun keçirmişik. Oyun üslubumuz dəyişməz qalır, amma dəyişikliklər mümkündür.

Sadəcə, bəzi futbolçular optimal formada deyil və bu da bizə çətinlik yaradır. Buna baxmayaraq, Premyer Liqa oyunlarını təxirə salmaq da istəmirik.”

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest