Braziliya millisinin vingeri Qabriel Martinelli bu yay "Arsenal" klubunu tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Bildirilir ki, Martinellinin xidmətində Qətərin "Əl-Sadd" klubu maraqlıdır. "Arsenal" 25 yaşlı braziliyalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Bundan başqa, Martinellini heyətinə qatmağa "Napoli" klubu da iddialıdır. Həmçinin "Qalatasaray" da braziliyalını transfer etməyə cəhd göstərib, lakin oyunçu özü karyerasını Türkiyə çempionatında davam etdirmək variantından imtina edib.

Martinelli 2019-cu ilin yayından "Arsenal"da çıxış edir və onun müqaviləsi 2027-ci il iyunun sonuna kimidir. Ötən mövsüm o, bütün turnirlərdə meydana çıxdığı 53 matçda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

Xatırladaq ki, bir qədər əvvəl "Arsenal" İngiltərə Superkuboku matçında "Manchester Siti"ni darmadağın edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest