"Nyukasl" "Frayburq"un yarımmüdafiəçisi Joan Manzambi ilə müqavilə imzalamağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Bildirilir ki, klublar İsveçrə millisinin üzvünün transferi barədə tam razılıq əldə ediblər. Keçidin dəyəri 60 milyon avro təşkil edəcək.

Hazırda İngiltərə təmsilçisi futbolçu ilə şəxsi müqavilə ilə bağlı danışıqları yekunlaşdırır.

Manzambi 2025/26 mövsümündə "Frayburq"un heyətində 47 oyuna çıxıb, 7 qol vurub və 9 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest