Madrid "Real"ının dayaq yarımmüdafiəçisi Aurelien Tçuameni İspaniya qrantı ilə yeni müqavilə barədə razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, tərəflər 2031-ci ilə qədər yeni sözləşmə imzalamaq üçün razılıq əldə ediblər. Yaxın vaxtlarda Madrid klubunun fransalı futbolçunun müqaviləsinin müddətinin uzadılmasını rəsmən elan edəcəyi qeyd olunur.

Fransız futbolçunun İngiltərənin "Mançester Yunayted" klubuna transferi isə onun yüksək maaş tələbi səbəbindən baş tutmayıb.

Xatırladaq ki, dayaq yarımmüdafiəçisi 2022-ci ilin yayından, Fransanın "Monako" klubundan keçidindən bəri "Real"da çıxış edir. O, "Kral klubu"nun forması ilə artıq 195 matça çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Hazırda Tçuameni Fransa millisinin heyətində dünya çempionatında mübarizəni davam etdirir. Aurelien turnirdə artıq 3 matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yaddaqalan olub.

Didye Deşamın komandası cari mundialın 1/4 finalında Mərakeşlə üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest