"Borussiya"nın vingeri Kərim Adeyemi karyerasını "Barselona" klubunda davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Dortmund klubunun liderlərindən biri artıq ktaloniyalılarla bütün şəxsi şərtləri razılaşdırıb və Almaniya klubunun rəhbərliyinə yalnız İspaniya qrantına keçmək istədiyini bildirib.
Adeyemi "Borussiya" ilə müqaviləni yeniləməyi planlaşdırmır, onun hazırkı sözləşməsi isə 2027-ci il iyunun 30-da başa çatır. "Barselona" artıq "sarı-qaralar"a Almaniya millisinin üzvü üçün rəsmi təklif göndərib və tərəflər transferin tamamlanması üzərində işləyirlər.
"Barselona"nın Adeyeminin keçidi üçün nə qədər ödəməyə hazır olduğu hələlik açıqlanmır. Eyni zamanda, "Transfermarkt" portalı 24 yaşlı vingerin dəyərini 40 milyon avro qiymətləndirir.
Xatırladaq ki, Kərim 2022-ci ilin yayından, "Zalsburq"dan keçidindən bəri Dortmund klubunda çıxış edir. O, "Borussiya"nın forması ilə karyerasında bir klubda hamıdan çox – 146 matça çıxıb, 36 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.













