09 İyul 2026, 10:48
FUTBOL
İtaliya çempionu "İnter" Romanın "Latsio" klubundan qapıçı İvan Provedelin transferini elan edib.
Matc.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, klublar tamhüquqlu transfer barədə razılığa gəliblər. Futbolçunun özü ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
İvan Provedel 2022-ci ilin yayından "Latsio"nun şərəfini qoruyurdu, buna qədər isə "Spetsiya", "Empoli" və bir sıra digər İtaliya klublarında çıxış edib.
Ötən mövsüm 32 yaşlı qapıçı bütün turnirlərdə 29 matçda meydana çıxıb ki, onlardan 12-sini qol buraxmadan başa vurub. Qapıçı mövsüm ərzində ümumilikdə 30 qol buraxıb.













