İngiltərə və Norveç milliləri arasında keçiriləcək dünya çempionatının 1/4 final oyunu hava şəraitinə görə təxirə salına bilər.

Matc.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Qarşılaşma iyulun 12-nə Mayamidəki "Hard Rok" stadionunda planlaşdırılıb və Bakı vaxtı ilə saat 01:00-da başlamalıdır. Lakin bu həftəsonu Mayamidə havanın temperaturunun 34°C-yə qədər yüksələcəyi gözlənilir, həmçinin tufan proqnozlaşdırılır.

Yüksək rütubət səbəbindən, proqnozlara görə, matçın başlanğıcında temperatur təxminən 43°C kimi hiss olunacaq.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest