"Real"ın 26 yaşlı sol müdafiəçisi Fran Qarsiya "Betis"in oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müdafiəçi 4 illik – 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. Maliyyə detalları açıqlanmır.

Qarsiya Madrid "Real"ının yetirməsidir. O, ötən mövsüm bütün turnirlərdə 29 matçda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xatırladaq ki, qışda oyunçu İngiltərənin "Bornmut" klubuna keçmək istəyirdi. Lakin "Kral klubu"nun rəhbərliyi bu transferi əngəlləmişdi.

O, həmçinin Kilian Mbappe və "Real"ın adını açıqlamadığı digər oyunçularını müdafiədəki səhlənkar oyunlarına görə tənqid etmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest