Kabo-Verde milli komandasının qapıçısı Vozinya Lionel Messinin də çıxış etdiyi "İnter Mayami" klubuna keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, hazırda azad agent statusunda olan 40 yaşlı qolkiperin Portuqaliyanın "Şaveş" klubu ilə müqaviləsi iyunun sonunda başa çatıb.

ABŞ təmsilçisinin təcrübəli qapıçıya marağının kifayət qədər ciddi olduğu vurğulanır. Vozinya dünya çempionatının əsas kəşflərindən biri hesab olunur. Onun qapısını qoruduğu Kabo-Verde seçməsi turnirin 1/16 final mərhələsinə yüksələrək əsas vaxtda heç bir oyunda məğlub olmadan mübarizəni dayandırıb.

Qeyd edək ki, turnir ərzində qapıçının "Instagram" abunəçilərinin sayı 40 mindən 25 milyona yüksəlib ki, bu da klublar üçün brendin populyarlaşdırılması baxımından böyük maraq kəsb edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest