Portuqaliya millisinin yeni baş məşqçisi Jorje Jejuş olacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Bildirilir ki, Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr"in sabiq məşqçisi milli komandaya rəhbərlik etməyə razılaşıb. Jejuşun AVRO-2028-də və 2030-cu ildə keçiriləcək növbəti dünya çempionatında Portuqaliya yığmasına rəhbərlik edəcəyi gözlənilir.
71 yaşlı mütəxəssislə müqavilə imzalanacağı bazar günü, 12 iyulda elan ediləcək.
Xatırladaq ki, 2025/2026 mövsümünün sonunda Jejuş Səudiyyə Ərəbistanı çempionu olduğu "Əl-Nəsr"in baş məşqçisi postunu tərk edib.
Portuqaliya millisinin baş məşqçisi postundan isə ispaniyalı mütəxəssis Roberto Martines idi. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində İspaniyaya uduzaraq (0:1) turnirdən kənarlaşıb.













