"Mançester Yunayted" "Çelsi"nin yarımmüdafiəçisi Andrey Santosun transferi barədə London klubu ilə tam razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Bildirilir ki, sövdələşmənin sabit hissəsi 56 milyon avrodan çox olacaq. Müqavilədə asanlıqla əldə edilə bilən bonuslar qismində daha 2 milyon avrodan çox məbləğ də nəzərdə tutulub. London təmsilçisi Santosun növbəti satışından 10 faiz pay almaq hüququnu da özündə saxlayıb.

22 yaşlı futbolçu "Mançester Yunayted" ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb və transferi rəsmiləşdirmək üçün tibbi müayinədən keçməyə icazə alıb.

"Çelsi" rəhbərliyi oyunçunu yüksək qiymətləndirsə də, yarımmüdafiəçi Moyses Kaysedonun apreldə müqaviləsini 2033-cü ilə qədər uzatmasından sonra əsas heyətdə yerini möhkəmlətmək üçün klubunu dəyişmək qərarına gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest