"Əl-Nəsr"in əfsanəvi hücumçusu Kriştiano Ronaldo 2026-cı il dünya çempionatından sonra Portuqaliya millisində karyerasını başa vuracağı ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Matc.az xəbər verir ki, insayder Fabrisio Romano 41 yaşlı hücumçunun fikirlərini paylaşıb:
"Karyeramı başa vurmaq? Kriştianonun gələcəyi hazırda əhəmiyyət kəsb edən məsələ deyil. Bu barədə daha sonra danışacağam və qalib gəlməyimizdən və ya uduzmağımızdan asılı olmayaraq, kifayət qədər vaxtım olacaq. Ailəmlə danışacağam, daha sonra isə doğru hesab etdiyim qərarı verəcəyəm".
Xatırladaq ki, bir qədər əvvəl Ronaldonun bacısı Katya Aveiru 2026-cı il dünya çempionatının hücumçunun Portuqaliya millisindəki son turniri olacağına işarə vurmuşdu.
Portuqaliyalılar DÇ-2026-nın 1/16 mərhələsində Xorvatiyaya 2:1 hesabı ilə qalib gəliblər.













