"Bavariya" klubu "Ayntraxt"ın cinah müdafiəçisi Nataniel Braunla müqavilə imzaladığını açıqlayıb.

Matc.az xəbər verir ki, klubun rəsmi saytı bu barədə məlumat yayıb.

Bildirilir ki, 23 yaşlı futbolçu ilə müqavilənin müddəti 2031-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

Müdafiəçi 2024-cü ilin yayından "Ayntraxt"da çıxış edirdi. O, ötən mövsüm bütün turnirlərdə 42 matçda iştirak edib, 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 40 milyon avro təşkil edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest