"Sabah" – TNS oyununa artıq 3000 bilet satılıb.

"Sabah" – TNS oyununa bilet satışları davam edir.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirlir ki, artıq 3000 bilet satılıb. Azarkeşlər biletləri iticket.az saytından, həmçinin "Bank Respublika Arena"nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, qarşılaşma iyulun 7-də "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest