03 İyul 2026, 12:33
FUTBOL
"Napoli" Massimiliano Alleqrinin komandanın baş məşqçisi vəzifəsinə təyin olunduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 58 yaşlı mütəxəssislə müqavilə 2029-cu il iyunun 30-dək qüvvədə olacaq.
Ötən mövsüm Alleqri "Milan"a rəhbərlik edib. "Rossonerilər" İtaliya çempionatının yekununda 70 xal toplayaraq beşinci yeri tutublar. "Napoli" isə mövsümü 76 xalla turnir cədvəlinin ikinci pilləsində başa vurub.
Qeyd edək ki, məşqçilik karyerası ərzində Alleqri 6 dəfə İtaliya çempionu olub. O, bu uğura 5 dəfə "Yuventus" və 1 dəfə "Milan"la imza atıb. Təcrübəli mütəxəssis həmçinin 5 dəfə İtaliya Kubokunu qazanıb və 2 dəfə Çempionlar Liqasının finalında oynayıb.













