Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya çempionatının 1/16 final mərhələsində Xorvatiyaya qarşı keçirilən matçda (2:1) vurduğu qolların sayına görə yeni rekorda imza atıb.
Matc.az xəbər verir ki, bu barədə "Squawka" idman nəşri məlumat yayıb.
Bildirilir ki, 41 yaşlı hücumçu qarşılaşmanın 68-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Bu qol sayəsində Ronaldo kişilərdən ibarət milli komandaların heyətində həm dünya, həm də Avropa çempionatlarında ümumilikdə ən azı 25 qol vuran ilk futbolçu olub.
Təcrübəli hücumçu bu rekorda gedən yola hələ 2 qol vurduğu AVRO-2004 turnirində başlayıb. Bundan sonra o, hər bir beynəlxalq turnirdə fərqlənməyi bacarıb: DÇ-2006 (1), AVRO-2008 (1), DÇ-2010 (1), AVRO-2012 (3), DÇ-2014 (1), AVRO-2016 (3), DÇ-2018 (4), AVRO-2020 (5), DÇ-2022 (1) və DÇ-2026 (3). Ronaldo dünya və Avropa çempionatlarındakı bütün bu qoları 22 il ərzində reallaşdıra bilib.
Qeyd edək ki, Xorvatiya ilə matçda Ronaldo daha iki rekordu yeniləyib: o, pley-off mərhələsinin ən yaşlı iştirakçısı və bu mərhələdə qol vuran ən yaşlı futbolçu olub.













