03 İyul 2026, 09:18
FUTBOL
"Trabzonspor" kamerunlu qapıçı Andre Onananın icarə müddətinin uzadılması barədə "Mançester Yunayted"lə razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, müqavilə 2026/27 mövsümü üçün nəzərdə tutulub və bura məcburi satınalma variantı daxil edilməyib. İcarə üçün "Trabzonspor" 1,3 milyon funt-sterlinq ödəyəcək, həmçinin oyunçunun maaşının böyük hissəsini qarşılayacaq.
Qeyd edək ki, ötən mövsüm 30 yaşlı qolkiper 33 matçda meydana çıxıb, 40 qol buraxıb və 7 oyunda qapısını toxunulmaz saxlayıb.













