"Nottingem Forest" Vitor Pereyranı baş məşqçi vəzifəsindən kənarlaşdırdığını elan edib.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Pereyra bu ilin fevralından bəri "meşəbəyilər"ə rəhbərlik edirdi. "Nottingem Forest" ötən mövsüm Premyer Liqada 15-ci yeri tutsa da, Avropa Liqasının yarımfinalına qədər yüksəlməyi bacarmışdı.
Komandanın yeni çalışdırıcısının "Kristal Pelas"ın sabiq baş məşqçisi Oliver Qlasner olacağı ehtimal olunur. O, İngiltərə klubu ilə 2025/26 mövsümündə Konfrans Liqasının kubokunu qazanaraq "qartallar"ın sükanı arxasından səs-küylü şəkildə ayrılıb. Avstriyalı mütəxəssis həmçinin klubla İngiltərə Kubokunun (2024/25) və İngiltərə Superkubokunun (2025/26) qalibi olub.













