UEFA-nın bayrağı altında keçirilən yarışlarda münaqişəli vəziyyətlərdə rəqiblərinə müraciət edərkən ağzını örtən futbolçular qırmızı vərəqə almayacaqlar.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, qitə futbol qurumu FİFA-nın nümunəsinə tabe olmayacaq. UEFA üzv assosiasiyalara FİFA-nın qaydasına qoşulmayacağını bildirib, bunun əvəzinə rəsmi şəxslərə daha təmkinli davranmağı məsləhət görəcək.
Təşkilatdan vurğulanıb ki, əgər oyunçu "rəqiblə ünsiyyətini gizlətməyə çalışırsa və bu, qeyri-idman davranışı kimi qiymətləndirilirsə", ona sarı vərəqə göstərilməlidir.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında rəqiblə danışarkən ağzını örtdüyünə görə Paraqvaydan Migel Almiron və Ekvadordan Piero İnkapye meydandan kənarlaşdırılıblar.













