"Sumqayıt" Emil Mustafayevin müqaviləsinin müddətini uzadıb.

"Sumqayıt" Emil Mustafayevin müqaviləsinin müddətini uzadıb. 

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Futbolçu ilə Sumqayıt təmsilçisi arasında 2 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Emil Mustafayev bu ilin yanvarından "Sumqayıt"da çıxış edir. Azərbaycan milli komandasının üzvü olan hücumameyilli yarımmüdafiəçi "kimyaçılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest