"Qarabağ" və İslandiyanın "Vestri" klubları arasında keçiriləcək oyunun biletləri sabah saat 15:00-dan etibarən satışa çıxarılacaq.

"Qarabağ" və İslandiyanın "Vestri" klubları arasında keçiriləcək oyunun biletləri sabah saat 15:00-dan etibarən satışa çıxarılacaq.

Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutacaq qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 AZN təşkil edir. VIP sektorlar üçün biletlər 50, 75 və 100 AZN, VVIP sektorlar üçün ise 150 AZN-ə təklif olunur. VVIP sektora bilet əldə edən azarkeşlər üçün xüsusi zonada çay süfrəsi təşkil ediləcək.

Azarkeşlər biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə onlayn şəkildə əldə edə bilərlər. Onlayn alış zamanı çətinlik yaranarsa, biletsevərlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ" FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Bildirilir ki, saxta biletlərin qarşısını almaq üçün stadiona giriş yalnız etibarlı QR kodlu biletlərlə mümkün olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 9-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest