"Venesiya" və Avstriya millisinin müdafiəçisi Mixael Svoboda "Brayton"a keçib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçu İngiltərə klubuna 5 milyon avroya başa gəlib ki, bu da onun müqaviləsində nəzərdə tutulmuş təzminat məbləğinə uyğun olub.

İtaliya komandasının kapitanı B Seriyasında 30 oyuna çıxdığı, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qaldığı, komandanın birinci yeri tutaraq yüksək diviziona yüksəlməsinə kömək etdiyi uğurlu mövsümdən sonra "Brayton"a qoşulub.

Mixael həmçinin Avstriya millisinin 2026-cı il dünya çempionatı üçün 26 nəfərlik heyətinə daxil edilib və burada qrup mərhələsinin 3 oyununda ehtiyat skamyasında qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest