"Barselona" fransalı müdafiəçi Jül Kunderi satmağa hazırdır.

Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, "Barselona" Kunde üçün istədiyi məbləği 65 milyon avroya qədər salıb. Bu qiymət 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində uğurla çıxış edən futbolçunu izləyən "Çelsi" və "Liverpul"u qane edir.

Bununla belə, Kunde Kataloniya klubunu tərk etmək istəmir. O, ötən yay yaxşılaşdırılmış maliyyə şərtləri ilə "Barselona" ilə müqaviləsini 2030-cu ibədək uzadıb.

Jül Kunde 2022-ci ildə "Sevilya"dan keçdikdən sonra kataloniyalılara qoşulub. Transfer məbləği 50+10 milyon avro təşkil edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest