Yaponiya millisinin sabiq yarımmüdafiəçisi Keysuke Honda yığmanın hazırkı baş məşqçisi Hacime Moriyasuna 1 illik yeni müqavilə təklif olunması barədə yayılan xəbərlərə münasibət bildirib.
Matc.az xəbər verir ki, əfsanəvi futbolçu bununla bağlı şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
O, baş məşqçi postuna uyğun namizəd tapılmadığı üçün belə bir müvəqqəti variant seçiləcəyi təqdirdə, öz namizədliyini irəli sürüb:
"Hesab edirəm ki, fikirlər müxtəlif olacaq, amma yenə də rəyimi bildirəcəm. Hacime Moriyasuna 1 illik müqavilə təklif olunduğu barədə xəbər gördüm. Əgər növbəti məşqçi postuna uyğun namizədlər görünmədiyi üçün bu, sadəcə müvəqqəti variantdırsa, o zaman 1 illik məni sınayın. Əgər Asiya Kubokunda uduzsaq, söz-söhbətsiz məni qovarsınız. Mən bu çağırışı qəbul etməyə hazıram".
Qeyd edək ki, Yaponiya millisi dünya çempionatının 1/16 finalında Braziliyaya uduzaraq (1:2) turnirdəki çıxışını başa vurub.













