"Şəfa" növbəti transferini reallaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Bakı klubu müdafiəçi Andrey Fernando Draqunu heyətinə qatıb. 26 yaşlı rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Draqu son olaraq "Unirea Sloboziya" klubunda çıxış edib. Karyerası ərzində isə "Vitorul Tarqu", “Botoşani" və "Universitatea Krayova" kimi komandaların formasını geyinib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest