Bu gün "Neftçi" Sloveniya toplanışı çərçivəsində ilk sınaq matçında qüvvəsini sınayıb.

Matc.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın "ÇFR Kluj" klubu ilə qarşılaşıb.

Yuri Vernidubun rəhbərlik etdiyi komanda rəqibinə 1:2 hesabı ilə məğlub olub.

"Ağ-qaralar"ın Sloveniyadakı digər rəqibləri və oyun təqvimi də bəllidir. "Neftçi" iyulun 6-da Serbiyanın "Partizan", 10-da eyni ölkənin digər təmsilçisi "Radniçki Niş", iyulun 13-də isə Xorvatiyanın "Osiyek" klubu ilə yoxlama görüşlərində üz-üzə gələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest