ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino komandasının dünya çempionatının 1/8 finalına yüksəlməsi barədə fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, mütəxəssisin sözlərini "Bleacher Report" nəşri yayıb.
Amerikalılar Bosniya və Herseqovinanı 2:0 hesabı ilə məğlub edərək turnirin bu mərhələsinə vəsiqə qazanıblar. Final fitindən sonra mütəxəssis yetirmələrini tərifləyib və turnirin ev sahiblərinin bununla kifayətlənmək niyyətində olmadıqlarını, çünki iddialı hədəflərinin olduğunu bildirib.
"Çox qürur duyuram. Oyunçular bu nəticəyə layiq idilər. Çox güclü komandaya qarşı mübarizə aparmağımız heyranedicidir. Bütün futbolçularımla və heyətimlə fəxr edirəm. Azarkeşlər bu gün yenə böyük dəstək nümayiş etdirdilər. Bu, qeyri-adi bir təcrübə idi. Kuboka iddialıyıqmı? Bunu niyə də etməyək?" - deyə argentinalı mütəxəssis bildirib.
Qeyd edək ki, ABŞ artıq 1/8 finaldakı rəqibini tanıyır. Onlar Belçika millisi ilə qarşılaşacaqlar. Oyun iyulun 7-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.












