Futbol üzrə 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində ABŞ və Bosniya və Herseqovina milli komandaları arasında keçirilən qarşılaşma başa çatıb.
Matc.az xəbər verir ki, matçın 45-ci dəqiqəsində amerikalıların hücumçusu Folarin Baloqan hesabı açıb. Bununla da ABŞ dünya çempionatında ardıcıl dördüncü oyunda birinci hissədə qol vuraraq yeni komanda rekorduna imza atıb.
İkinci hissənin ortalarında Baloqan kobud qayda pozuntusuna görə meydandan kənarlaşdırılıb. Matçın 80-ci dəqiqəsində isə ABŞ millisinin yarımmüdafiəçisi Malik Tilman cərimə zərbəsindən fərqlənərək yekun hesabı müəyyənləşdirib - 2:0.
Qeyd edək ki, ABŞ dünya çempionatının 1/8 finalına yüksəlib və burada Belçika milli komandası ilə qarşılaşacaq. Görüş iyulun 7-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.












