ABŞ millisinin yarımmüdafiəçisi Malik Tilman dünya çempionatının 1/16 final mərhələsində Bosniya və Herseqovina ilə matçın ən yaxşı futbolçusu seçilib.

Matc.az xəbər verir ki, oyun Amerika komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Tilman ABŞ millisinin qollarından birinə imza atıb.

ABŞ yığması dünya çempionatının 1/8 finalına yüksəlib və burada Belçika milli komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, görüş iyulun 7-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest