Madridin "Real" klubu "Mançester Siti"yə yarımmüdafiəçi Eduardo Kamavinqanı transfer etməyi təklif edib. İngiltərə klubu 23 yaşlı oyunçunun transferi imkanlarını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" nəşri yayıb.

Bildirilir ki, "Mançester Siti" və "Real" yarımmüdafiəçinin keçidi ilə bağlı müzakirələr aparır. Madrid klubunun baş məşqçisi Joze Mourinyo Kamavinqanın satılmasına qarşı deyil, çünki o, klubun yeni yarımmüdafiəçi və mərkəz müdafiəçisi transfer etməsini istəyir. Eduardonun son mövsümlərdəki oyunu portuqaliyalı mütəxəssisdə xoş təsir buraxmayıb.

Ötən mövsüm Kamavinqa "Real"ın heyətində bütün turnirlərdə 43 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı oyunçunun dəyərini 50 milyon avro qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest