"Zirə" Bolu şəhərində təşkil olunan yay hazırlıq prosesində növbəti yoxlama görüşünü keçirib.

"Zirə" Bolu şəhərində təşkil olunan yay hazırlıq prosesində növbəti yoxlama görüşünü keçirib.

Matc.az xəbər verir ki, qəsəbə təmsilçisi qardaş ölkədəki üçüncü sınağında "Fatih Karagümrük" kollektivi ilə qarşı qüvvəsini sınayıb.

Qarşılaşma "Zirə"nin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun yeganə qolunu George Papunaşvili vurub. 

Qeyd edək ki, Rəşad Sadıqovun yetirmələri Türkiyədəki əvvəlki yoxlama matçlarında məğlubiyyətlə üzləşiblər. Paytaxt klubu Özbəkistanın "Navbahor" komandasına 1:3, "İğdır" klubuna isə 3:4 hesabı ilə məğlub olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest