Arne Slot Niderland millisinin baş məşqçisi postuna əsas namizədlərdən biridir.

Matc.az xəbər verir ki, Niderland Kral Futbol İttifaqı artıq mümkün namizədlərlə ilk təmasları qurub.

Komandanın əvvəlki baş məşqçisi Ronald Kuman müqavilə müddəti başa çatdıqdan sonra postunu tərk edəcək. Bu qərar Niderland millisi 2026-cı il dünya çempionatında mübarizəni dayandırdıqdan sonra açıqlanıb. "Narıncılar" turnirin 1/16 finalında Mərakeşə uduzublar (1:1, penaltilərlə 2:3).

Qeyd edək ki, Arne Slotun rəhbərlik etdiyi son komanda "Liverpul" olub. Mersisaydlılarla birlikdə mütəxəssis 2024/2025 mövsümündə İngiltərə çempionu adını qazanıb. Klub 2026-cı ilin mayında Slotun baş məşqçi postundan ayrıldığını bəyan edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest