Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün iki yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün daha iki yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Matc.az xəbər verir ki, Ağdam təmsilçisi gün ərzində iki fərqli rəqiblə üz-üzə gəlib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv günün ilk oyununda Ukraynanın "Xarkov" klubuna 6:2 hesabı ilə uduzub.
Ağdam klubu ikinci yoxlama görüşündə isə Macarıstan "Ferensvaroş"una minimal hesabla məğlub olub.
Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda yerli "Tirol" komandasını darmadağın (4:0) ediblər.
1 iyul
Yoxlama oyunları
"Metal 1925" - "Qarabağ" - 6:2
Qollar: Raşitsa, 4 (pen), Parako, 24, 45, Hacıyev, 60, Baptistella, 64, Kastilyo, 69 // Muaddib, 47, Borxes, 68 (pen).
"Ferentsvaroş" – "Qarabağ" - 1:0
Qol: Felido, 28








_1693395834.png)




