Fransa millisinin hücumçusu Kilian Mbappe Argentina yığmasının kapitanı Lionel Messi ilə 2026-cı il dünya çempionatının ən yaxşı bombardiri titulu uğrunda mübarizədən danışıb.

Matc.az xəbər verir ki, fransalı hücumçu rəqabəti bu sözlərlə şərh edib:

"Mən Messinin nə etdiyini izləmirəm. O, həmişə qol vurub, vurur və vuracaq. Mən bu barədə əvvəllər də demişəm. Əgər onun nə etdiyinə baxmağa başlasam, gərək daha çox iş görüm".

Qeyd edək ki, Kilian Mbappe və Lionel Messi hazırda dünya çempionatında eyni sayda qola malikdirlər və hər iki oyunçu 6 dəfə fərqlənib. Argentina kapitanı hazırda dünya çempionatları tarixinin ən yaxşı bombardiridir (19 qol). İkinci sırada isə aktivində 18 qol olan Mbappe qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest